AZ

"Mamauşağı" necə yetişir? - PSİXOLOQ AÇIQLADI

"El arasında "mamauşağı" kimi dediyimiz tanınan uşaqlar əsasən valideynin, ananın aşırı kontrolçu və təşviş pozuntusu yaşamağından irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq sözlərinə belə davam edib: "Bu uşaqlar, adətən daimi olaraq valideynin himayəsi altında gərəkli və gərəksiz kontroluna məruz qalırlar. Çünki ana özü o qədər narahat olur və öz həyatını yaşamamış biri olur ki, uşağın həyatında hər şeyi düzənləməyə çalışır. Düşünür ki, daim onun yanında olsa, onun əvəzinə seçimlər etsə, beləliklə uşağı qorumuş olacaq. Yəni, bu, sevgidən doğan bir şey deyil, giperkontroldu və təşviş, təlaş pozuntusudur. Ana bunu edərək uşağı təbii ki, özünə bağlayır, uşağın sərbəst qərar verməsinə, bir fərd olmasına mane olur və uşaq valideyninə qarşı aşırı bağlılıq yaşayır.

Ümumiyyətlə sonuna kimi bəzən düşünürlər ki, bu bir sevgi, sağlam bağlılıqdır. Əslində isə, bu, çox qeyri-sağlam münasibətdir. Yəni artıq yetişkin biri olandan sonra, böyük bir yaşa gəlib çatandan sonra heç bir şəxsi qərarı sərbəstliyi heç bir ünsiyyət qurma bacarıqları olmur.

Bu uşaqlar böyüyəndə adətən ailələrində də problem yaşayırlar. Çünki öz ailəsinə deyil, anasına bağlı olurlar. Onun fikrini soruşmadan, bəzi yerlərdə də əmri olmadan hərəkət edə bilmirlər. Bu onların özü üçün də problem olur, onlar üçün də narahatlıq yaradır. Valideyndən qorxduğu və artıq başqa bir variant görmədikləri üçün sistemə qatlanırlar. Bundan qurtulmaq mümkündür. Əgər uşaq özü bir gün və yaxud valideyn bu fərqindəliyə çatırsa ki özünə və uşağına zərər verir, ancaq onda düzələ bilən bir şeydir. Digər hallarda isə bu ömrünün sonuna kimi davam edir.

Belə uşaqlar içdən-içə əslində valideynə nifrət duyğu hiss edirlər. Sadəcə buna cəsarət edə bilmədikləri üçün, bunu ağıllarına sığdıra bilmədikləri üçün heç vaxt bu haqda düşünə bilmirlər. Təbii ki, bu qarışıq duyğularla böyüyən insanın da psixoloji durumu yerində olmur. Bunu ailədə ata-anasına göstərə bilməsə də işdə göstərir, öz ailəsinə, övladlarına göstərir və yaxud da bu duyğuları basdırırsa gərginlik, xəstəliklərlə rastlaşır".

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
sia.az

10Mənbələr