AZ

Uşaqları telefon asılılığından necə xilat etmək olar? 

Müasir dövrdə mobil telefonlar həyatın ayrılmaz hissəsinə çevrilib. Telefon, kompüter və planşetlərin kifayət qədər müsbət tərəfləri olsa da, mənfi cəhətləri də az deyil. 

Belə ki, elektron vasitələrinin  mənfi cəhətləri içərisində uşaqların telefon və kompüterdən həddindən çox istifadə etməsidir. Bu da onların, aqressiv olması ilə yanaşı  özlərini  cəmiyyətdən kənar hiss elətdirməsinə gətirib çıxarır. 

Psixoloq Səbinə Dadaşova "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ümumiyyətlə 2 yaşına qədər uşağa telefon, kompüter və s qətiyyən olmaz. Çünki, 2 yaşlı uşağı inkişaf etdirmək lazımdır: "Valideyn  istirahət etmək istəyəndə uşağın başını  telefon, planşet kimi elektron vasitələrlə qarışdırır.  Düşünürlər ki, bu uşağın beynində nələrisə inkişaf etdirəcək. Lakin səhv düşüncədir.   Məsələn, məktəbəqədər dövrdə olan  uşaq oynamalı, həmyaşıdları ilə ünsiyyət qurmalı, aktiv həyat yaşamalı, nələrisə  fikirləşməli və  təcrübə aparmalıdır. Lakin uşaq əgər kompüter qarşısında  oturursa, bunlardan məhrum olur.  Bu, istər-istəməz uşağın sinir sisteminə də birbaşa təsir edir". 

Oyun zamanı uşaqlar öz ödənilməyən ehtiyaclarını ödəyirlər və bunun nəticəsində kompüter  oyunlarından, telefondan həzz alırlar. İstər-istəməz bu uşaq öz yaş dövrü üçün xarakterik olmayan bir həyat tərzi sürməyə başlayır. Həmyaşıdları ilə ünsiyyətdən, oynamaqdan imtina edir, özünə qapanır.

Bəs bunun səbəbi nədir? 

Psixoloq bildirir ki,  bunun əsas səbəbi  valideynlərin ona qarşı lazımi qədər diqqəti, sevgini verməməsidir. O, qeyd edir ki, belə hallarda uşaq rədd olunmasını  hiss edir, valideyn ona sevgi vermir, istər-istəməz  ehtiyaclarını kompüterdə ödəyirlər və bunun ardınca uşaq nə qədər çox oynamağa başlasa, da  onun üçün real həyatla virtual həyat arasında fərq olmayacaq: "  Ailədə və yaxud həmyaşıdları ilə münasibətdə pozulma varsa , bunun nəticəsində yaranan bu emosional, psixoloji gərginliyi azaltmaq üçün daha çox oyun oynamağa başlayır. Çünki, uşağın problemi var, həllini tapa bilmir. Bütün ruhu ilə , ağlı ilə oyunlara qapanır. Orada hansısa bir personaj tapır və özünü orada doğruldur, özgüvənini oradan alır. Çünki, ətraf mühitdə ona özgüvən vermirlər,  ona rahatlıq vermirlər, onun enerji balansı yoxdur. Ona görə də uşağın marağı daha çox kompüterə yönəlir. Çünki, orada rahatdır, sakitdir. Və əlbəttə ki, valideyn bunu görürsə, mütləq övladına fikir verməlidir və onun maraq dairəsini dəyişməlidir. Daha çox diqqət verməlidir, daha çox onu ətraf mühitə bağlamalıdır. Hansısa idman növünə, dərnəyə, musiqiyə, rəssamlığa yönəltmək olar. Nəsə maraq dairəsini dəyişmək lazımdır. Yəni, kompüter və yaxud oyunlar uşağı iflic vəziyyətinə salır.- Beyin işləmir,  inkişaf etmir. Beyin ancaq oyunlara baxır, oyunlarla robot vəziyyətinə düşür".

Havar Şəfiyeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
34
yeniazerbaycan.com

10Mənbələr