AZ

Necə lüks yaşayaq? - VİDEO

Sosial şəbəkələrdə qarşımıza tez-tez motivasiya videoları çıxır. Onların hər biri müxtəlif üsullarla motivasiya verməyə çalışırlar. 
 
Bəlkə də bir çox insan pul qazanaraq motivasiya əldə edir. Bəziləri pul qazanmaq, qazana bilmək üçün motivasiya istəyir. 
 
Yaxın günlərdə bu haqda paylaşılan video çoxsaylı müzakirəyə, fikir ayrılığına səbəb olub.
Bəziləri bu videonun “materializm köləliyi” adlandırır. “İnsanın özünü dəyərli hiss edə bilməsi üçün çox daha məqbul və məntiqli üsullar var”-deyə şərh yazanlar olub. 
 
“Məsələ dodaq boyası deyil. Standartlarını yüksək tutub, özünə dəyər verməkdir. O məhsulu özünə layiq bilməkdir. Bunu etməsən, ömrünün sonunacan eyni həyatı yaşayacaqsan.”- deyə şərh yazan da olub. 
 
Bəs, görəsən insan standartlarını yüksək tutanda həqiqətən irəliləyə bilirmi?
 
Maraq və fikir ayrılığına səbəb olan bu video haqqında Moderator.az-a psixoloq Tahibə Quliyeva danışdı. 
Bu tip videolarda məqsəd motivasiyadır. 
 
Videonu izlədikdə  görürük ki, hansısa bir luksu yaşamaq üçün məhz bir dodaq boyasını almaq olar. Burda məqsəd o dodaq boyasını almaq və onu qazanmaq üçün sonrakı həyatını o istiqamətdə, məqsədyönlü şəkildə yönləndirməkdir.
 
O, artıq dodaq boyasını əldə etdikdən sonra düşünür ki, mənim üçün ən yaxşısı budur. Onu bəyənir. Bu onun üçün bir motivasiyadır və son pulunu da ona verir, verə bilər. 
 
Bu onu  göstərir ki, insan öz məqsədinə çatmaq üçün istər psixoloji, istər fiziki olaraq çalışmalıdır. Təbii ki, o mental olaraq hazır olduğu və  o həyatın dadını bildiyi üçün həyatına o şəkildə davam etmək istəyir. Təbii ki,  daim luks, brend məhsullardan  istifadə etmək üçün çalışır ki, qazansın. 
Bəli, bu bir həqiqətdir. İnsan standartlarını yüksək tutmalıdır. 
Necə deyərlər “niyyətin hara, mənzilin ora”. O niyyətini edib və uğrunda çalışacaq.
 
Nərminə Kamal
Moderator.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
34
moderator.az

10Mənbələr