AZ

Özgüvən necə yaranır? - Psixoloq DANIŞDI

Özünə inam , insanın özünə olan güvənidir…
Özgüvən, “ya var ya da yoxdur” şəklində sahib olduğumuz və ya olmadığımız bir qavrayış deyil. Bu bir şəxsiyyət xüsusiyyəti də deyil. Üzərində işləmək lazımdır. 
 
Bəs, özgüvən necə formalaşır?
Mövzu haqqında Moderator.az-a Psixoloq Gülər Məmmədova danışdı. 
 
 
“Özgüvən insana uşaq ikən aşılanır. 
Bir insanın xarakter, psixikasının formalaşmasında ailənin çox böyük rolu olur. Özgüvən hər bir insanda özünəməxsus tərzdə inkişaf edir. Cinsindən asılı olmayaraq valideynlərin övladlarına göstərdikləri diqqət, inam, hörmət şəxsən hər bir uşaqla fərdi olaraq davranmaq, uşağa göstərilən sevgi uşağın fikirləri ilə alış-veriş etmək, övladının düşüncələrinə dəyər vermək, onun zövqünə, bilik tutumuna , resurslarına hörmətlə yanaşmaq valideynin ən öndə borcudur. 
Özünə güvən də hələ körpə ikən, uşaq yaşlarında formalaşır. Bu yaşdan etibarən, uşaqlar öz arzu və istəklərini, maraq və meyillərini formalaşdıra bilirlər deyə, özlərinə inamlı olurlar. Yalnız uşaqlar sıxışdırılanda, uşaqlara qarşı müəyyən komplekslər aşılananda onlarda özgüvən əskikliyi yaranır.
Özgüvən insana uşaq ikən aşılanır. 
Bir insanın xarakter, psixikasının formalaşmasında ailənin çox böyük rolu olur. Özgüvən hər bir insanda özünəməxsus tərzdə inkişaf edir. Cinsindən asılı olmayaraq valideynlərin övladlarına göstərdikləri diqqət, inam, hörmət şəxsən hər bir uşaqla fərdi olaraq davranmaq, uşağa göstərilən sevgi uşağın fikirləri ilə alış-veriş etmək, övladının düşüncələrinə dəyər vermək, onun zövqünə, bilik tutumuna , resurslarına hörmətlə yanaşmaq valideynin ən öndə borcudur. 
Özünə güvən də hələ körpə ikən, uşaq yaşlarında formalaşır. Bu yaşdan etibarən, uşaqlar öz arzu və istəklərini, maraq və meyillərini formalaşdıra bilirlər deyə, özlərinə inamlı olurlar. Yalnız uşaqlar sıxışdırılanda, uşaqlara qarşı müəyyən komplekslər aşılananda onlarda özgüvən əskikliyi yaranır”.
 
Nərminə Kamal
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
1
moderator.az

10Mənbələr