AZ

Məzuniyyətə çıxmadan işləmək olar? - Psixoloq və İR mütəxəssisi izah edir

Bəzi şəxslər var ki, onlar məzuniyyətsiz işləyirlər. Bəzən şirkətdə iş çox olur, işçi məzuniyyət hüququndan istifadə edə bilmir, bəzən işçilər özlərinin də məzuniyyətə getmək istəmirlər. “Xaricə səyahət edə bilmirəm, evdə oturacağıma, işə gəlirəm” kimi fikirlər səsləndirirlər. İşçi məzuniyyətə çıxmayaraq özünə pislik edir, yoxsa ona uyğundursa, məzuniyyətsiz də işləyə bilər?

Valyuta.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, məzuniyyətə çıxmadan əmək fəaliyyəti ilə məşğul olmaq şəxsdə psixoloji nizamsızlığın göstəricisidir:
“Şəxsin sosial problemləri də bu halın yaranmasını tətikləyə bilər. İnsanların ehtiyacları yarandığı halda onun davranışlarını qiymətləndirmək olmaz. İstənilən şəxsin psixoloji halının dəyərləndirilməsi müşahidə altında dəqiqləşdirilir. Təmin olmayandan tələb etmək doğru deyil. Ehtiyaclar insanı bəzən məcburiyyət qarşısında qoyur. 

Uzun müddət məzuniyyətsiz işləmək şəxsdə stress faktorunu artırmış olur. Müəyyən zamandan sonra şəxs nitq və davranışlarında da stressini ifadə edir. İşdə nizam işçinin nizamsızlığı ilə toqquşmamalıdır. Rəhbərlik işçinin psixoloji halını nəzərə almalıdır. Keyfiyyətli iş icra etmək istəyən şirkətlər peşəkar psixoloq dəstəyi almalıdırlar. İllik psixoloji mühitin dəyərləndirilməsi aparılmalıdır. Fərdi və qrup halında iş yanaşması inkişaf etdirilməlidir. Sevgi ilə görülən işlər hər zaman uğurlu və uyğun olur”.

Psixoloq bildirdi ki, iş həyatında sağlam psixoloji mühit yoxdursa, zamanın əhəmiyyəti yoxdur:
“Rəqəmsal dünyada hibrid və ya distant iş nümunələri tətbiq olunur. Bütün sahələrdə eyni sistem tətbiq oluna bilməz. İşçilərin işə münasibəti vacibdir. İşçi işə getməyə həvəsli deyilsə, o, əmək faəliyyəti ilə töhfə verə bilməz”.

Bəs işçilərin keyfiyyəti iş ortaya qoyması üçün mütləq məzuniyyətə çıxmalıdılarmı?

HR Hunter şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyir ki, işçilər üçün istirahət mütləq lazımdır. Beynəlxalq Əmək Təşkilatının Konvensiyasına əsasən bir insan öz əmək fəaliyyətini normal şəkildə davam etdirmək üçün ən azından 14 gün tam şəkildə istirahət etməlidir:

“Bəzi şəxslər deyir ki, mən onsuz da işləyə-işləyə dincəlirəm. Amma hər bir halda, bundan əlavə məzuniyyət götürmək çox vacibdir. Çünki işçi istirahət etmədikdə artıq tükənmişlik sindromu yaranır, işə qarşı həvəs azalır, aqressiya və əsəb artır. Məzuniyyətə çıxmamağın özü də mənfi bir amildir. Ən azından xırda-xırda da olsa, məzuniyyət götürmək lazımdır. Bu baxımdan məzuniyyətə çıxmaq lazımdır, insan məzuniyyətsiz bir vaxta qədər işləyə bilər. İşin keyfiyyətli irəliləməsi üçün bütün işlərin məzuniyyət haqlarından istifadə etməsi lazımdır”.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
34
valyuta.az

10Mənbələr