AZ

Rusiya Ukraynaya qarşı müharibəyə nə qədər xərcləyib?

Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləni maliyyələşdirmək üçün 211 milyard dollara qədər pul xərcləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində yazıb.

"Rusiya üç günə Kiyevi ələ keçirməyi, hökuməti devirməyi və bir aydan az müddətdə Ukraynanın böyük hissəsini fəth etməyi planlaşdırırdı. Bununla belə, artıq 900 gün keçib və bu məqsədlər yerinə yetirilməmiş qalır”, - Müdafiə Nazirliyindən bildirilib.

Böyük Britaniya Müdafiə Nazirliyi onu da qeyd edib ki, bu ilin may ayından etibarən hər gün öldürülən və yaralanan Rusiya əsgərlərinin orta sayı mini keçib.

"Bu günə olan məlumata görə, Rusiya, ehtimal ki, 500 mindən çox hərbçisini ölü və yaralı kimi itirib", - Britaniya Müdafiə Nazirliyi əlavə edib.
Bundan əlavə, nazirlik qeyd edib ki, Rusiya işğalının dəyəri gözləntiləri xeyli üstələyir və onun nəticələri Rusiya prezidenti Putinin planlaşdırdığından daha az olub.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
qaynarinfo.az

10Mənbələr