AZ

Rusiya Müdafiə Nazirliyi müsəlman əsgərlərinə donuz əti yedizdirib

Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakovun korrupsiya ilə bağlı cinayət işinin araşdırılması zamanı məlum olub ki, nazirlik müsəlman əsgərlərinə donuz əti yedizdirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İddia edildiyi kimi, Rusiya Federasiyası Müdafiə Nazirliyində Qoşunların maddi-texniki dəstəyinə cavabdeh olan Bulgakov, qənaət naminə Rusiya ordusunun quru rasionunda mal ətini daha ucuz donuz əti ilə əvəz edən ət emalı zavodunun sahibi Aleksander Mixaylenkodan rüşvət alıb. 

Məhsulun etiketlənməsi saxta olduğundan hərbçilər, o cümlədən RF Silahlı Qüvvələrinin sıralarında xidmət edən müsəlmanlar tərəfindən istehlak edilib, bu da onların dini tərəfindən birbaşa qadağan edilib və böyük günah sayılır.

Hazırda bir sıra heyvandarlıq müəssisələrinin, o cümlədən Krasnodar "Yasen Ticarət Evi” şirkətinin təsisçisi olan Mixaylenko həbs edilib. 

Xatırladaq ki, Bulqakov artıq 2024-cü ilin aprelindən Rusiya Müdafiə Nazirliyində kadr təmizlənməsi çərçivəsində həbs olunan yeddinci yüksək rütbəli hərbçi olub.

Nizami Bağırov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
50
qaynarinfo.az

10Mənbələr