AZ

ISW Rusiyanın Ukraynada nə qədər ərazi ələ keçirdiyini yazdı: “Şişirdirlər”

Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinə görə, Rusiya Ukraynadakı cəbhədəki uğurlarını əhəmiyyətli dərəcədə şişirdir.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Belə ki, Rusiya Təhlükəsizlik Şurasının katibi və keçmiş müdafiə naziri Sergey Şoyqu avqustun 6-da bildirib ki, Rusiya qoşunları 2024-cü il iyunun 14-dən Vladimir Putinin "sülh” danışıqları tələblərini açıqladığı vaxtdan bəri Ukraynanın 420 kvadrat kilometr ərazisini ələ keçirib.

Bununla belə, ISW analitiklərinin qeyd etdiyi kimi, bu iddialar çox şişirdilib.

"ISW rus qoşunlarının iyunun 14-dən bəri təxminən 290 kvadrat kilometr ərazini ələ keçirdiyini təsdiqləyən sübutlar tapıb. Rusiya qüvvələri 2024-cü il ərzində cəbhənin bu sektoru boyunca ümumiyyətlə hərəkətsiz qaldıqdan sonra iyunun 18-nə keçən gecə Toretsk istiqamətində hücumlarının intensivliyini artırıblar, ISW iyulun 14-dən bu yana Toretsk və ya Avdeyevka oxunda Rusiyanın heç bir böyük və ya əməliyyat əhəmiyyətli irəliləyişini görməyib, baxmayaraq ki, Rusiya qüvvələri iyulun 14-dən bu oxda taktiki nailiyyətlər əldə edib”, - analitiklər qeyd edirlər.

ISW vurğulayır ki, Rusiya hərbi komandanlığı Rusiyanın Ukraynadakı ərazi uğurlarını dəfələrlə şişirdib.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
qaynarinfo.az

10Mənbələr