AZ

Ukrayna kəşfiyyatı Suriyada Rusiya aviabazasını vurub - VİDEO

2024-cü il iyulun sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) “Ximik” qrupu Suriyadakı Rusiya hərbçilərinin mövqelərinə qarşı hərtərəfli hücuma keçib.

News365.azxəbər verir ki, bu barədə "Kyiv Post" eksklüziv video və fotolar dərc edərək məlumat yayıb. UNIAN nəşrinin Ukrayna kəşfiyyatındakı mənbəsi də belə bir zərbənin həqiqətən baş verdiyini təsdiqləyib. “Biz məlumatı təsdiq edə bilərik, bu, doğru xəbərdir”, - mənbə qeyd edib.

Hücumun hədəfinin Hələbin şərqində yerləşən və ruslar tərəfindən işğal edilmiş Kuveyres aviabazasındakı Rusiya hərbi texnikaları olduğu göstərilir. O da bildirilib ki, Rusiya texnikasının məhvi ilə nəticələnən zərbə iyulun 24-də Rusiya prezidenti Vladimir Putinin Suriya prezidenti Bəşər Əsədlə görüşündən bir gün sonra həyata keçirilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
225
50
news365.az

10Mənbələr