AZ

Kiyev müharibəyə hər gün nə qədər xərcləyir?

Ukraynada davam edən müharibənin hər günü Kiyevə 120 milyon avroya başa gəlir.

News365.azxəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib. Nazri qeyd edib ki, təhlükəsizlik və müdafiə ilə bağlı aylıq xərclər 3,7 milyard avrodan çox təşkil edir.

Onun sözlərinə görə, 2024-cü ilin büdcəsində on bir milyard avrodan çox kəsir yaranıb. Bunun böyük hissəsi hökumətin bu yaxınlarda qanunvericilik tətbiq etdiyi vergi artımları ilə kompensasiya ediləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
news365.az

10Mənbələr