AZ

Yevlaxda 37 yaşlı qadın yaralandı: Əri saxlanıldı

Yevlaxda 37 yaşlı qadın yaralandı: Əri saxlanıldı

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
34
sonxeber.az

10Mənbələr