AZ

"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçir

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud karyerasını İtaliyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 22 yaşlı futbolçunun xidmətində "Latsio" ilə maraqlı olduğunu və İtaliya klubunun artıq danışıqlara başladığını qeyd edib.

Məsələ burasındadır ki, “qırmızı-şeytanlar” isə Qrinvud üçün təxminən 30 milyon avro istəyir

Bildiyiniz kimi, 2023/2024 mövsümündə Meyson Qrinvud icarə əsasında İspaniyanın "Xetafe" klubunda çıxış edib. Hücumçu bu klubda keçirdiyi 36 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
19
90deqiqe.az

10Mənbələr