AZ

COP29-da iqlim maliyyələşdirilməsi məsələsinin tamamilə yenidən gözdən keçirilməsi planlaşdırılır

COP29-da iqlim maliyyələşdirilməsi məsələsinin tamamilə yenidən gözdən keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə COP28-in İqlim dəyişmələrinin maliyyələşdirilməsi üzrə direktoru Samir Süleymanov 29-cu Bakı Enerji Forumu çərçivəsində"Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) mühüm nəticələr əldə etmək şansı yüksəkdir.

"COP29-da iqlimin maliyyələşdirilməsi ilə bağlı bütün məsələnin yenidən mövqeləndirməsi planlaşdırılır. Bu, iqlim dəyişiklikləri ilə mübarizənin kim tərəfindən və hansı həcmdə maliyyələşdirməli olduğuna dair mexaniki təhlildən uzaqlaşmağa yönəlib. Şimal, qərb və inkişaf etməkdə olan iqtisadiyyatların öhdəliklərinin nəzərdən keçirilməsi iqlim maliyyələşdirməsinin bütün ölkələrin karbonsuzlaşdırılmış yeni iqtisadiyyatlar qurması üçün real imkan olaraq daha əhatəli nəzərdən keçirilməsi ilə əvəz olunacaq. Bu, dayanıqlı inkişafa və karbon emissiyalarının azaldılmasına əsaslanan sənaye inqilabının yeni səviyyəsinə keçid üçün unikal imkandır", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50
ekologiya.az

10Mənbələr