AZ

COP29 hidrogenə tələbatın artmasına imkan yarada bilər

COP29 hidrogenə tələbatın artmasına imkan yarada bilər.

Olaylar.az xəbər verir ki, bu barədə "Hydrogen Europe" şirkətinin Ticarət və beynəlxalq əlaqələr üzrə direktoru Maria Assumpcio Rojo Torrent 29-cu Bakı Enerji Forumu çərçivəsində"Yaşıl gündəliyin imkanlarının genişləndirilməsi: Yaşıl planetin tərəqqisinə nail olmaq üçün strategiyalar və COP29" panel müzakirəsində deyib.

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin payızında Bakıda keçiriləcək 29-cu sessiyasında (COP29) hidrogen məsələsinin əsas müzakirə mövzularından birinə çevriləcəyi gözlənilir.

İqlim tədbirlərinin reallaşdırılması çərçivəsində hidrogenin rolunun sürətləndirilməsi və möhkəmləndirilməsi COP29-da real imkan olacaq və gələcəkdə hidrogen istehsal potensialının artması ilə nəticələnəcək", - o deyib.

O qeyd edib ki, sonuncu COP konfransında hidrogen istehsalının sürətləndirilməsinə çağırış səsləndirilib, həmçinin, istixana qazlarının emissiyasını nəzərə almaqla metodların tətbiqinin yeni standartı elan edilib. Bundan başqa, hidrogen sertifikatlarının qarşılıqlı tanınması haqqında bəyannamə qəbul edilib və bu yaxınlarda beynəlxalq hidrogen forumu keçirilib.

"Fikrimizcə, bu proses COP29-da davam edəcək, nəticədə o, inkişaf edəcək və getdikcə daha böyük əhəmiyyət kəsb edəcək. Bu isə öz növbəsində hidrogenə tələbatın artmasına təkan verə bilər", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
olaylar.az

10Mənbələr