AZ

 Lemkin institutundan Azərbaycana növbəti qərəzli hücum:"COP29 Bakıda keçirilməsin"

Xəbər verdiyimiz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onların öhdəsindən layiqincə gəlib. Lakin Prezident İlham Əliyevin də dediyi kimi COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.


COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Adalet.az xəbər verir ki, ermənipərəst Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu BMT-nin bu qərarına etiraz edib. Beləki, institut bəyanat yayaraq BMT-nin Azərbaycanı COP29-un illik sammitinə ev sahibliyi edən ölkə hesab etməsi qərarına qarşı çıxı Çərənçi bəyanatda deyilir:“Azərbaycanı bu mühüm hadisəyə, yəni COP29-a ev sahibliyi etmək şərəfinə layiq görülməklə BMT nə iqlim, nə də bütün dünyanın bəşəriyyəti üçün faydalı olmayan soyqırım nitqini, soyqırım siyasətini və diktaturanı dəstəkləyir. Azərbaycanın ÇNL-ə ev sahibliyi edən ölkə seçilməsi dünya siyasətində soyqırımı qanuniləşdirir, rasionallaşdırır və normallaşdırır.

Üstəlik, bu, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasında müəyyən edilmiş prinsiplərin etibarlılığını təhdid edir. Soyqırımın qarşısının alınması, insan haqları və dünya xalqlarını təmsil edən bir orqan kimi BMT-nin uğuru naminə BMT Azərbaycanın COP29-a ev sahibliyi etmək seçimini ləğv etməli, sonra ya başqa ev sahibi ölkə tapmalı, ya da konfransı Bakıda keçirməməlidir" deyə boğazını yırtıb.

"Dünya əhalisinin beynəlxalq qurumlara inamını itirdiyi bir vaxtda BMT başını qumdan çıxarmalı və COP29-dan başlayaraq soyqırım törədən Azərbaycan dövlətinə diplomatik sponsorluğu dayandırmalıdır”-deyə bəyanatın sonunda deyilir.
Əslində Lemkin İnstitutunun gördüyü xülyaların gerçək variantı bütün dünyanın gözü qarşısında baş verib. Həqiqətən Azərbaycanın Qarabağ siyasətində bir səhv addımı olmuş olsaydı həm dünya ölkələri, həm də nüfuzlu təşkilatlar Azərbaycana qarşı hücuma keçmişdilər. Yəni, Lemkinin çərənləməsi bu halda toydan sonra nağara effektindən başqa bir şey deyil.


Yeri gəlmişkən, İnstitut dəfələrlə Azərbaycanı suçlayaraq, ona qarşı bəyanatlarla çıxış etmiş, Azərbaycanı dünyanın gözündən salmaq üçün konkret hərəkətlərə başlamışdı. 1943-cü siyasi termin kimi tanınan və 1948-ci ildə ildə isə beynəlxalq status alan “soyqırım” kəlməsinin yaranması ən çox ermənilərin xeyrinə olub.
İnstitut “erməni soyqırımının tanınması uğrunda böyük bir hərəkata imza atıblar və ABŞ-ın bütün statlarında qondarma soyqırımını rəsmən tanıtmağa nail olublar. Bu azmış kimi həm də sosial şəbəkə hesablarında : “Lemkin Institutu, dünyadakı erməni diasporasını 50 ABŞ əyalətinin hamısı soyqırımın tanınma prosesini tamamladıqlarına görə təbrik edir!’ yazaraq paylaşım etmişdilər.

P.S. Ermənilər üçün əlindən gələni edən Lemkin İnstitutu qərəzli mövqeyi ilə tərəflər arasındakı gərginliyi daha da dərinləşdirdiyinin ya fərqində deyil, ya da bunu qəsdən edir.

Əntiqə Rəşid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
adalet.az

10Mənbələr