AZ

Azərbaycan iqtisadi siyasətinin prioritetlərini icra edir

Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi bu məsuliyyətli vəzifəni öz üzərimizə götürərkən, bunun bütün üstünlüklərini və çətinliklərini çox yaxşı dərk edir.

İqlim dəyişikliyinin təsirinin ölkəmizdə də hiss olunduğunu, Xəzər dənizinin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü vurğulayan Azərbaycan Prezidenti bildirib ki, təbii fəlakətlə bağlı heç bir məsuliyyətimiz yoxdur.

“Biz buna çox ciddi yanaşmalıyıq. Biz əlimizdən gələni edəcəyik ki, yeni su bəndləri və kollektorları inşa edək”.

COP29-un Azərbaycanda keçirilməsini olduqca vacib hesab edən Milli Məclisin deputatı Arzu Nağıyev vurğulayıb ki, bu tədbir istər iqtisadi, istər siyasi, istərsə də digər istiqamətlərdə Azərbaycanın tanınması, haqq səsinin dünyaya eşidilməsinə xidmət edir:

"İran

“COP29 tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bunun üçün Azərbaycanda hər şərait var. Dünyada mövcud olan 11 iqlim qurşağının 9-unun Azərbaycanda mövcudluğu, təbii sərvətlərimiz, zəngin tarixi-mədəni irsimiz, milli mətbəximiz, ölkəmizin sosial-iqtisadi inkişafı, sabitlik adasına çevrilməsi son illər dünyanın hər yerindən turistləri ölkəmizə cəlb edib. Ekologiyanın daha da inkişafı istiqamətində addımlar ata bilərik.

Arzu Nağıyev bildirib ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq:

“Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji potensialını 30 faizə çatdırmaq və mövcud enerji sistemini şaxələndirmək niyyətində olduğunu elan edib. Hesab edirəm ki, COP29 inkişaf etməkdə olan ölkələrin aşağı karbonlu iqtisadiyyatlara keçidinə və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmasına kömək etmək üçün texnologiya transferi və potensialın yaradılması təşəbbüslərini təşviq edir. Bu səylərə ən yaxşı təcrübələrin bölüşdürülməsi, təmiz və davamlı texnologiyaların ötürülməsi, iqlim dəyişikliyini effektiv şəkildə həll etmək üçün institusional və insan potensialının yaradılması daxildir.

Bu gün COP29-un qlobal istiləşmə ilə bağlı mübarizədə nəinki ekoloji və iqtisadi, eyni zamanda siyasi tərəflərinin olduğunu qeyd edən Arzu Nağıyev düşünür ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı kimi bu konsepsiyaya töhfə verməyə hazırdır:

“2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanıb. Azərbaycanın bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilə bilər. COP29 bir sıra istiqamətlərdə – Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
xalq.az

10Mənbələr