AZ

Güclü yağış Qəbələdəki beynəlxalq basketbol turnirinin başlama saatına təsir edib

Bu gün start götürməli olan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsi nəzərdə tutulduğu vaxtda başlamayacaq.

“Report”un Qəbəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, buna şəhərdə güclü yağışın yağması səbəb olub.

Açılış oyunu saat 16:30-da Azərbaycan millisi və "Baku Flames" klubu arasında baş tutmalı idi. Qarşılaşmanın nə vaxt gerçəkləşəcəyi hələlik bəlli deyil.

Turnirdə 5 milli komanda və 3 klub olmaqla, ümumilikdə 8 kollektiv 2 qrupda çıxış edəcək.

A qrupunda Azərbaycan, Portuqaliya, yığmaları, həmçinin "Baku Flames" və "Warsaw Lotto" (Polşa) klubları mübarizə aparacaq.

B qrupunda isə İtaliya, Rumıniya və Polşa milliləri ilə yanaşı, "Barcelona Panthers" (İspaniya) klubu yer alıb.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa yarımfinala yüksələcək. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
29
report.az

10Mənbələr