AZ

Emin Əmrullayev: “Liqada komanda sayı artırılacaq”

Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 2023/2024 mövsümünün bağlanış məarsimindən sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.biz xəbər verir ki, qurum rəhbəri arxada qala Azərbaycan Basketbol Liqasını dəyərləndirib, gələcək planlar barədə məlumat verib.

- “Sabah” komandasını çempionluq münasibətilə təbrik edirəm. Düşünürəm ki, builki çempionat gərgin keçdi və basketbol həvəskarları maraqlı mövsüm izlədilər. Azərbaycan çempionunun Avropa kuboklarında ölkəmizi layiqincə təmsil edəcəyinə inanıram.

- Növbəti mövsümdə 1-ci Liqanın təşkili planlaşdırılıb?

- Hazırda bu məsələ müzakirə olunur. Bundan başqa, Azərbaycan Basketbol Liqasında komanda sayının artırılması nəzərdə tutulub. Hazırda 10 olan komandasını 12-yə yüksəltmək istəyirik. Gənclər arasında keçirilən çempionatın 1-ci Liqaya transformasiya edilməsi planlaşdırılıb. Yaxın günlərdə bu barədə açıqlama olacaq.

- Azərbaycanın Avropa yarışlarında iki komanda ilə təmsil olunması gözlənilirmi?

- Biz qitə yarışlarında 3 klubla təmsil olunmaq imkanına malikdir. “Sabah”ın FİBA Çempionlar Liqasında yarışmaq hüququ var. İnanıram ki, çempionumuz bu imkandan istifadə edəcək. Digər 2 klubumuz FİBA Avropa kubokunda çıxış edə bilər. Bu addım klubların maliyyə məsələlərindən asılı olacaq. Federasiya onlara dəstək verməyə hazırdır. İlk 3 pillədə qərarlaşan komandalardan hər hansı biri imtina edərsə, pley-offda iştirak edən digər klublar onu əvəz etmək hüququna malikdir. Hələlik yalnız “Sabah”ın iştirakı dəqiqdir.

- Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yığmadan nə gözləyirsiniz?

- Bu, böyük uğurdur. Komanda olaraq, hər oyunda qələbə qazanmağa çalışacaq. Məqsəd uğurlu nəticə əldə etmək və basketbolun ölkəmizdə populyarlaşmasına nail olmaqdır. İlk dəfə bu addım atılanda heç kim komandanın Olimpiadaya vəsiqə qazanacağını düşünmürdü. Biz bu vəzifənin öhdəsindək gəlmişik. Rəqiblərimiz güclüdür. Parisdə yaxşı nəticə qazanacağımıza ümid edirik.

- “Sabah”ın çempionluğu gözlənilən idi?

- Çempionatda kifayət qədər yaxşı rəqabət var. Bu amil bizi sevindirir. “Sabah” çempion titulunu qazandı. Bu gün fərqli nəticə də ola bilərdi.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
29
idman.biz

10Mənbələr