AZ

"Sabah" ikinci dəfə Azərbaycan Basketbol Liqasının çempionu olub

24 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.

Apasport.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb.

Daha sonra oyunun sonlarında üstünlüyü ələ keçirən "Sabah", yekunda 74-69 hesablı qələbə qazanıb.

Bu qələbə ilə final seriyasında ümumi hesabı 3-1 edən "Sabah", arxa-arxaya ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) "Sabah" klubundan Şirzad Sirzadov seçilib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
apa.az

10Mənbələr