AZ

Azərbaycan basketbolçusu: Qəbələ mərhələsi Paris-2024-də hazırlıq xarakteri daşıyır

“Dünya Qadın Seriyasının Qəbələ mərhələsi Paris-2024-də hazırlıq xarakteri daşıyır”.

“Report”un Qəbələyə ezam olunan müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Mercedes Uoker deyib.

“Fiziki hazırlıq baxımından öz üzərimizdə bir qədər də işləməliyik. 3×3 basketbol bir az fərqlidir. İlk görüşdə möhtəşəm oyun göstərən kollektiv növbəti matçda zəif təsir bağışlaya bilər. Ona görə rəqiblərimiz barədə nə isə danışmaq çətindir”, - deyə o vurğulayıb.

M.Uoker Portuqaliya ilə keçirilən görüşdə zədə alan Dina Ulyanovanın tezliklə sağalacağına ümid edir:

“Özümü əla hiss edirdim, lakin Dina Ulyanovanın zədələnməsi əhvalımı korladı. Qarşıda bizi Olimpiada gözləyir. İnanıram ki, Aleksandra Mollenhauer və Dina Ulyanova bizimlə birgə olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
29
report.az

10Mənbələr