AZ

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Basketbol üzrə Azərbaycan çempionatının qalibi mükafatlandırılıb

Basketbol üzrə Azərbaycan çempionatında mükafatlandırma mərasimi baş tutub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində təşkil olunan tədbirdə ardıcıl ikinci dəfə ölkə çempionluğunu təmin etmiş “Sabah” komandasına qızıl medallar və çempionluq kuboku təqdim olunub.

İkinci yeri tutmuş "Xəzri"yə gümüş, üçüncü yerin sahibi "NTD-İndiqo"ya isə bürünc mükafatlar verilib.

Mükafatları komandalara Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF-nin nümayəndələri təqdim ediblər.

Tədbirdə həmçinin mövsümün ən yaxşıları bəlli olub. Mövsümün ən yaxşı oyunçusu "Sabah"ın basketbolçusu Şirzad Şirzadov, ən yaxşı baş məşqçisi isə "NTD-İndiqo"nun treneri Tahir Baxşıyev seçilib.

Sonda “Sabah” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
29
ilk.az

10Mənbələr