AZ

Basketbol: “Sabah”dan ardıcıl 2-ci çempionluq!

Bu gün – mayın 24-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasının 4-cü oyunu baş tutub.

Arena.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları arasında keçirilən final seriyasının 4-cü oyunu bərabər mübarizə şəraitində başlayıb.

Oyunun sonlarında üstünlüyü ələ keçirən “Sabah” yekunda 74:69 hesablı qələbə qazanıb. Bu qələbə ilə final seriyasında ümumi hesabı 3:1 edən “Sabah” ardıcıl ikinci dəfə Azərbaycan Basketbol Liqasında çempion olub.

Final seriyasının ən dəyərli oyunçusu (MVP) “Sabah”dan Şirzad Şirzadov seçilib.

Qarşılaşmanın ardından qalib komanda, ikinci və üçüncü yerin sahibləri mükafatlandırılıb. 2023/2024 mövsümünün qalibi olan “Sabah” kollektivinə çempionluq kuboku və qızıl medalları Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev təqdim edib.

Həlledici görüşdə məğlub olan “Xəzri” komandası gümüş medal qazanıb. Üçüncü yer uğrunda görüşdə “Xırdalan”ı üstələyən “NTD-İndiqo” kollektivi isə bürünc medalla təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
29
arena.az

10Mənbələr