AZ

Dırnaqların görünüşünə görə xəstəliyi necə təyin etmək olar?

Dırnaqların görünüşünə görə xəstəliyi təyin etməyin yolları məlum olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, dermatoveneroloq İrina Avramenkonun fikrincə, dırnaqların rəngi və formasının dəyişməsi xəstəliklərin, o cümlədən həyat üçün təhlükəli olanların inkişafını göstərə bilər. 

Onun sözlərinə görə, dırnaqlar tamamilə və ya qismən ağarırsa, bu, qaraciyərin zədələnməsini, xüsusən də sirozdan xəbər verə bilər:

"Dırnaq sarılıq və ya limfa axınının pozulması ilə sarıya çevrilir, diabetik qanqren və ya arterial tromboz ilə qara olur. Tünd qəhvəyi rəng Addison xəstəliyinin (endokrin patologiyası), həmçinin radiasiyaya həddindən artıq məruz qalmanın əlamətidir. Bundan əlavə, bu rəng tetrasiklin antibiotiklərinin qəbulu nəticəsində yarana bilər. Mavi dırnaqlar qan damarlarının və tənəffüs sisteminin xroniki xəstəliklərini, qan dövranı problemlərini, damarların aterosklerozunu və venoz çatışmazlığını, həmçinin sistemik iltihabi xəstəliklərin olduğunu göstərir. Öz növbəsində, yaşıl dırnaqlar bakterial infeksiyanın simptomudur, onun törədicisi Pseudomonas aeruginosa (pseudomonas), dermatoloq tərəfindən müalicə tələb edir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
1
milli.az

10Mənbələr