AZ

Roy Kin Erlinq Halandı ərköyün uşaq adlandırdı

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Roy Kin “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Halandı tənqid edib:

Arena.az xatırladır ki, “şəhərlilər”in qolçu futbolçusu İngiltərə Premyer Liqasının 36-cı turunun “Vulverhempton”la oyununda (5:1) əvəzlənməsindən narazı qalıb.

İrland mütəxəssis isə Halandın bu davranışına belə reaksiya verib:

“Halandın necə əvəzləndiyini gördük. O, çox da xoşbəxt deyildi və ərköyün uşaq kimi davranırdı. Düşünürəm ki, məşqçi ilə ulduz futbolçu arasında mübahisə yarananda və nəticələr arzuladığınız kimi getməyəndə, heç bir faydası yoxdur. Ancaq oyunlarda qalib gəldiklərinə, Haland isə qol vurğduğuna görə, bu, demək olar ki, unudulub”, deyə Roy Kin vurğulayıb.

Xatırldaq ki, bu oyunda Haland 4 qol vurub. “Şəhəlilər”in baş məşqçisi Xosep Qvardiola norveçli qolçunu 82-ci dəqiqədə əvəzləyib. O isə əvəzlənməsini heç də xoş qarşılamayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 41 oyuna çıxıb, 36 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 94 oyun, 88 qol, 15 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 31 oyuna 27 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 23 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
arena.az

10Mənbələr