AZ

Antuan Qrizmann “Atletiko”nun hədəfləri haqda danışdı

Fransa yığmasının və “Atletiko”nun hücumçusu Antuan Qrizmann Madrid klubunun mövsümün qalan hissəsi üçün planlarından danışıb.

Arena.az fransalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Ən çətin şey həmişə qalib gəlməkdir. Bu, La Liqada və Çempionlar Liqasında qalan bütün oyunlarda mənim üçün çox vacibdir. Bu, məni xoşbəxt edir. Mən şəxsən buna can atıram, qalan hər şeyi qazanmağa çalışıram. Bu, gündəlik işdir, amma layiq olduğumuz yolu bitirmək üçün hər şeyi çox yaxşı etməliyik”, deyə Qrizmann vurğulayıb.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 39 oyuna 19 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 380 oyun, 176 qol, 83 məhsuldar ötürmə.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Seçilən
171
50
Mənbələr
Şərh ()
Bağla