AZ

Ölkələrdən ard-arda İsrail və İranla bağlı XƏBƏRDARLIQ

Bir çox ölkə vətəndaşlarına İran və İsrailə səyahət edərkən diqqətli olmaları barədə xəbərdarlıq edib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ölkələr arasında Avstriya, Niderland, Almaniya, Fransa, Kanada və İtaliya var. 

 

Niderland isə hətta İrandakı səfirliyini bağlamaq qərarına gəlib

 

Hollandiya Xarici İşlər Nazirliyi İsrail-İran gərginliyinin artması və onun təsirləri ilə bağlı açıqlama verib.

 

Bəyanatda nazirlik İran və İsrail arasında artan gərginliyə işarə edərək, Hollandiyanın Tehrandakı səfirliyini bazar günü “ehtiyat tədbiri olaraq” bağlayacağını bildirib.

 

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

 

İran lideri Ayətullah Əli Xamenei İsrailin Dəməşqdəki İran konsulluğuna hücumunun ölkəsinin ərazisinə hücum demək olduğunu bildirib. “Pis rejim səhv edib, cəzasını çəkməlidir və alacaq”.-o, qeyd edib.

 

ABŞ Prezidenti Co Bayden də İranın İsrailə qarşı hücum təhdidləri qarşısında Təl-Əvivə “sarsılmaz” dəstəyi davam etdirəcəklərini bildirib.

 

Firuzə Əliyeva

Seçilən
193
50
Mənbələr
Şərh ()
Bağla