AZ

Türkiyədə məşhur prodüser və kinorejissor vəfat etdi

Türkiyədə məşhur prodüser və kinorejissor Türker İnanoğlu qəfil xəstəlikdən sonra aparıldığı xəstəxanada dünyasını dəyişib.

 

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabında açıqlama verib.

 

Qeyd edək ki, İnanoğlu Türkiyə televiziya tarixində yeni çığır açıb. O, ölkədə ilk dəfə videokaset satışına başlayıb. İnanoğlu 1994-cü ildə Türkiyənin ilk özəl televiziya kanallarından olan ATV-ni qurub.

 

O, həmçinin prodüseri olduğu “Cennet Mahallesi”, “Arka Sokaklar” və “Akasya Durağı” serialları ilə Türkiyə televiziyasında iz qoyub.

 

İnanoğlu karyerası ərzində 84 film və seriala prodüserlik, eləcə də rejissorluq edib.

Seçilən
115
50
Mənbələr
Şərh ()
Bağla