AZ

Gürcüstan və Çin vizaları ləğv edir

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Tbilisidəki səfiri Çjou Cyan qarşılıqlı səfərlər zamanı iki ölkə vətəndaşları üçün vizasız rejim haqqında saziş imzalayıblar.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

“Gürcüstan və Çin hökumətləri arasında adi pasport sahiblərinin ikitərəfli viza öhdəliyindən azad edilməsi haqqında” sazişə əsasən, iki ölkə vətəndaşları 30 günədək səfərlər edə biləcəklər.

 

Müqavilə, qeyd edildiyi kimi, iki dövlət tərəfindən daxili hüquqi prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

 

2023-cü il iyulun sonunda Gürcüstan və Çin ikitərəfli strateji tərəfdaşlıq qurduqlarını elan etdilər.

 

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili ötən ilin sentyabrında Çinlə viza rejimini ləğv etmək qərarını elan edib.

 

Gürcüstanın hazırkı baş naziri İrakli Kobaxidze bu ilin fevralında Çin hakimiyyətinin Gürcüstan vətəndaşları üçün vizaların ləğvi ilə bağlı qərarını elan edib.

 

Nigar

Seçilən
248
50
Mənbələr
Şərh ()
Bağla