AZ

Paşinyanın “xaç atası” Putinin seçkilərini müşahidə edib və müsbət rəy verib?...

Paşinyanın “xaç atası” Putinin seçkilərini müşahidə edib və müsbət rəy verib?...-“Johovurd”
 
 “Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bir tərəfdən rusları tənqid edir, aşkar anti-Rusiya hərəkətləri edir, digər tərəfdən isə “Vətəndaş sazişi” fraksiyasından  2 deputatı Rusiyada prezident seçkilərini müşahidə etmək üçün müşahidəçi kimi göndərir. Üstəlik,  həmin erməni müşahidəçilər Rusiyadakı son prezident seçkilərinin şəffaflığı, ədalətliliyi və qanuniliyi ilə bağlı müsbət rəy veriblər”.
 
Moderator.az xəbər verir ki, bunu “Johovurd” qəzeti yazıb.
 
Məlum olur ki, martın 15-də Ermənistan parlamentinin spikeri Alen Simonyanın sərəncamı ilə ərazi idarəetmə, yerli özünüidarəetmə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi daimi komissiyasının sədri Vahe Qalumyan və  deputat Armen Gevorqyan 2024-cü il martın 14-18-də ikitərəfli münasibətlərlə bağlı Rusiyadakı prezident seçkilərini müşahidə missiyasının tərkibində Moskvaya ezam olunub.  Bundan başqa MDB parlamentlərarası əməkdaşlıq formatında “Vətəndaş sazişi” fraksiyasının  iki üzvü: Aleksandr Sandıkov və Mikael Tumasyan da Moskvaya göndərilib. 
 
Erməni qəzetinin məlumatına görə, ermənilərdən ibarət müşahidə missiyası Rusiyada prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirildiyinə dair birgə qərar da imzalayıblar. Yəni Putinin qanuni olaraq Rusiya prezidenti seçildiyini qəbul ediblər. 
 
“Johovurd” əməkdaşı Nikol Paşinyanın xaç atası, “VS”-in üzvü Vahe Qalumyandan onun Putinin seçkilərinin monitorinqində şəxsən iştirak edib-etmədiyini və əgər belədirsə, o, hər hansı pozuntu qeydə alı-almadığını öyrənməyə çalışıb. Lakin o,  sualı dinləyərək telefonu qapadıb və jurnalistin sonrakı telefon zənglərinə də cavab verməyib.
 
“Xülasə olaraq qeyd edə bilərik ki, Nikol Paşinyanın siyasi qeyri-sabitliyi ən kəskin məqamlarda belə özünü göstərir. Bir tərəfdən Rusiyaya qarşı kampaniyalar aparır, digər tərəfdən beynəlxalq tərəfdaşlarının ideyalarına diametral şəkildə zidd addımlar atır”, - deyə erməni nəşri vurğulayır.
 
 
 
Seçilən
160
50
Mənbələr
Şərh ()
Bağla