AZ

"Əks-hücum üçün sursatımız yoxdur"

Ukrayna prezidenti Volodimir Zelenski silahlı qüvvələrin əks-hücum üçün sursatlarının tükəndiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, yerli mətbuata danışıb.

 

Onun sözlərinə görə, son vaxtlar Ukraynanı müdafiə mərmiləri ilə təmin etmək üçün bir neçə təşəbbüsə başlanılıb.

 

“Bizim əks-hücum hərəkətləri üçün mərmimiz yoxdur. Dövlətimizi qorumaq üçün işə başlayan bir neçə təşəbbüs var”, - deyə Zelenski bildirib.

 

O, həmçinin qeyd edib ki, hazırda Ukrayna artilleriya mərmiləri çatışmazlığını “kömək edən, lakin alternativ ola bilməyən” dronların köməyi ilə əvəz etməyə çalışır.

Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla