AZ

Gürcüstanın hakim partiyasını dəstəkləyənlərin nisbəti bəlli oldu

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası parlament seçkisinə altı ay qalmış əhalinin 60%-dən çoxunun dəstəyini qazanıb.

Bunu Gürcüstanın “İmedi” telekanalının sifarişi ilə “Qorbi” tədqiqat mərkəzinin keçirdiyi sorğunun məlumatları sübut edir.

Martın 11-dən 18-dək 1700-dən çox respondent arasında keçirilən sorğunun nəticələrinə görə, vətəndaşların 60,4 faizi “Gürcü arzusu”na səs verməyə hazırdır. Respondentlərin 12,6%-i isə eks-prezident Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkata səs verməyə hazır olduğunu bildiriblər.

Digər müxalifət qüvvələri respondentlərin 5%-i, yəni qarşıdan gələn parlament seçkisində müəyyən ediləcək həddən də az hissəsi dəstəkləyir.

Qeyd edək ki, Gürcüstanda növbəti parlament seçkisi 2024-cü ilin oktyabrında keçiriləcək.

Mənbə: TASS

Seçilən
198
6
Mənbələr
Şərh ()
Bağla