Bakupost.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı zədəsini sağaltdıqdan sonra sabiq komandasına qayıtması ilə bağlı müraciət edib.
Amma klublar hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.
Neymar 2013-2017-ci illərdə Kataloniya klubunda çıxış edib. O, ötən yay Fransa təmsilçisi PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi. Hücumçu bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Neymar ötən il oktyabrın 18-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvaya qarşı oyununda (0:2) dizindən ciddi zədə alıb. Forvardın sol dizində çarpaz bağ və menisk yırtığı diaqnozu qoyulub.