AZ

Neymar bu klubu almaq istəyir

“Əl-Hilal” və Braziliya millisinin hücumçusu Neymar “Santos”u almaq variantını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Neymar 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Neymarın atası ilə birlikdə klubun səhmlərini almaq imkanını nəzərdən keçirdiyi vurğulanır. “Santos”un yetirməsi 2021-ci ildə karyerasının əvvəlində oynadığı “Kruzeyro”nun səhmlərinin 90%-ni alan başqa bir braziliyalı hücumçu Ronaldonun yolu ilə getmək istəyir.

Daha əvvəl mətbuatda Neymarın 2025-ci ildə futbolçu kimi “Santos”a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. 32 yaşlı futbolçu 2009-2013-cü illərdə Braziliya klubunda çıxış edib.

Seçilən
160
35
Mənbələr
Şərh ()
Bağla