AZ

Neymar futbol klubu alır

"Əl-Hilal"ın hücumçusu Neymar "Santos" futbol klubunu almaq imkanını nəzərdən keçirir.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu 130 milyon avro borcu olan keçmiş klubuna kömək etmək istəyir. Oyunçu hazırda atası ilə birlikdə klubun səhmlərini almağı düşünür.

Bundan əvvəl mətbuatda Neymarın 2025-ci ildə "Santos"a keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Neymar 2003-2013-cü illərdə Braziliya klubunda çıxış edib.






















Bizi İnstagramda izləyin

Seçilən
165
35
Mənbələr
Şərh ()
Bağla