AZ

Onu yerə yıxıb başına vurdu: Neymar PSJ-də özünü belə aparırmış

PSJ-nin adı açıqlanmayan əməkdaşı Fransa nəhənginin sabiq hücumçusu Neymarla komanda yoldaşları və məşqçilər korpusunun üzvləri arasında münasibətlər haqda danışıb.

Publika.az xəbər verir ki, şahid Fransanın nüfuzlu “L’Équipe” nəşrinə danışıb.

Mənbənin məlumatına görə, Neymar məşq zamanı Kristof Qaltyenin köməkçisi ilə mübahisə edib. Bu epizoda görə paltardəyişmə otağında ab-hava gərginləşib, futbolçunun özü isə əsəbi olub.

Daha sonra məşq zamanı Neymarla PSJ-nin 19 yaşlı yarımmüdafiəçisi İsmael Qarbi arasında münaqişə yaranıb. “İsmael məşq zamanı topu qəbul etdi. Neymar onu tutaraq yerə yıxdı və başına zərbə endirib. Hamı şokda idi. Həqiqətən də özünü pis apardı.

Seçilən
177
35
Mənbələr
Şərh ()
Bağla