AZ

Neymar "Zenit"ə keçə bilər

Futbol agenti Paulo Barbosa braziliyalı hücumçu Neymarın gələcək karyerası haqda danışıb.

Futbolpress.az xəbər verir ki, o, Neymarın Rusiyada çıxışını istisna etməyib:

"Zenit" Neymarı dəvət edə bilər. Amma başa düşməliyik ki, onun çox mürəkkəb zədəsi var və əməliyyatı olub. Əgər o, uğurla sağalsa, o zaman "Zenit" ilə danışıq aparmaq olar".

Neymar ötən ilin yayında zədələnərək  yaşıl meydanlardan kənarda qalmışdı. Onun hazırda "Əl-Hilal"la 2025-ci ilə qədər müqaviləsi var.

Seçilən
203
35
Mənbələr
Şərh ()
Bağla