1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.
Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) vəzifəsində çalışırdı.