AZ

Qəzzanın iqtisadiyyat nazirinin müavini İsrailin hava hücumunda həlak olub

Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əl-Zariya İsrailin bombardmanları nəticəsində həlak olub.

TASS xəbər verir ki, bu barədə Fələstin anklavının media ilə əlaqələr departamenti məlumat yayıb.

“Əbdülfəttah əz-Zariya düşmən təyyarələrinin birbaşa endirdiyi zərbə nəticəsində həlak olub”, – deyə departamentdən bildirilib.

Əl-Zariyanın ölüm yeri barədə məlumat verilmir.

Daha əvvəl WAFA İsrailin Qəzzada iki məktəbə endirdiyi hava zərbələri nəticəsində 25 fələstinlinin həlak olduğunu bildirmişdi.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
50
dogru.az

10Mənbələr