AZ

NATO 500 mindən çox hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2014-cü ildən bəri 500 mindən çox NATO əsgəri yüksək hazırlıq vəziyyətindədir".
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Farah Daxlalla deyib.
"2014-cü ildən bəri NATO bizim kollektiv müdafiəmizdə bir nəsil ərzində ən əhəmiyyətli transformasiyaya məruz qalıb", - o bildirib.
"Biz Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirmişik və hazırda 500 mindən çox əsgər yüksək hazırlıq vəziyyətindədir", - Daxlalla əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Polşa Prezidenti Ancey Duda NATO-nun hərbi münaqişəyə hazırlaşdığını bildirmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
32
oxu.az

10Mənbələr