AZ

Qəzzanın yüksək rütbəli məmuru öldürülüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin ordusunun endirdiyi zərbə nəticəsində Qəzza zolağının milli iqtisadiyyat nazirinin müavini Əbdülfəttah əl-Zariya ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə Fələstin anklavının media ilə əlaqələr şöbəsi çıxış edib.
"Əbdülfəttah əz-Zariya düşmən təyyarələrinin birbaşa endirdiyi zərbə nəticəsində həlak olub", - deyə idarənin rəsmi "Telegram" kanalında yayımlanan bəyanatda qeyd olunub.
Fələstinin HƏMAS hərəkatına bağlı "Quds" portalı bunun Qəzza zolağının mərkəzi hissəsində, Deyr əl-Bələh şəhərində baş verdiyini bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
1
oxu.az

10Mənbələr