RU

Moskva Vaşinqtonu Rusiyanın xəbərdarlıqlarını son dərəcə ciddi qəbul etməyə çağırıb

Moskva ABŞ-ni ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalarla bağlı xəbərdar edir.

Bunu  Rusiya xarici işlər nazirinin müavini Sergey  Ryabkov  Kiyevə  Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərində hücumlar həyata keçirməyə icazə verməsini şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyası  ABŞ-ni  Rusiyanın xəbərdarlıqlarını son dərəcə ciddi qəbul etməyə çağırır.

Nazir müavini Ukraynanın raket hücumu barədə Rusiyanın xəbərdarlıq sistemlərinə hücumları ilə bağlı da danışıb. Bildirib ki, bu cür cəhdlər dayandırılacaq, cavab asimmetrik olacaq.

visiontv.az




Избранный
147
50
visiontv.az

10Источники