AZ

DünyaŞoyqu Rusiyanın nüvə təlimlərinin məqsədini AÇIQLADI

SİZİN REKLAM BURADA!055 213 76 73

"Nüvə təlimləri, Qərb ölkələrinin Kiyevə Rusiyanın mülki obyektlərinə zərbə vurmasına faktiki olaraq icazə verməsinə adekvat reaksiyadır"

Bu barədə ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Onun fikrincə, getdikcə daha çox ölkə anlayır ki, Vaşinqtonun məsuliyyətsiz davranışı beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsinə gətirib çıxarır. O, həmçinin ABŞ-nin dünyanı son həddə doğru itələdiyini qeyd edib.

"Qeyd edim ki, bizim təlimlərimiz Qərbin Kiyevi dəstəkləməsinə, NATO hərbçilərinin Ukraynadakı döyüşlərdə aktiv iştirakına və Kiyevə Rusiyanın mülki obyektlərinə raket zərbələri endirməyə faktiki olaraq icazə verilməsinə adekvat reaksiya daşıyır,"-deyə Şoyqu əlavə edib.

Far.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
far.az

10Mənbələr