Moskva ABŞ-ni ölümcül nəticələrə səbəb ola biləcək səhv hesablamalarla bağlı xəbərdar edir.

Leqal.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Kiyevə Amerika silahları ilə Rusiya ərazisinin dərinliklərində hücumlar həyata keçirməyə icazə verməsini şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyası ABŞ-ni Rusiyanın xəbərdarlıqlarını son dərəcə ciddi qəbul etməyə çağırır.

Nazir müavini, həmçinin Ukraynanın raket hücumu barədə Rusiyanın xəbərdarlıq sistemlərinə hücumları haqqında danışıb. Bildirib ki, bu cür cəhdlər dayandırılacaq, cavab asimmetrik olacaq.

Leqal.info