AZ

KİV: Qərbin başladacağı nüvə müharibəsi Polşanı məhv edə bilər

Qərb elitasının öz hərəkətləri və ideyaları ilə yaxınlaşdırdığı qlobal nüvə münaqişəsi nəticəsində Polşa və onun xalqı məhv ola bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu fikri mühafizəkar "Myśl Polska" qəzetinin köşə yazarı Lukaş Yastrjebski iddia edib.

Onun sözlərinə görə, Qərb ölkələrinin hakimiyyəti qlobal hərbi münaqişədə qlobal maliyyə sisteminin yaxınlaşan çöküşünün qarşısını almaq üçün fürsət axtarır. Müəllifin fikrincə, Qərb başqa xalqlar üzərində öz maraqlarını tətbiq edən diktatura və polis dövlətinə çevrilib. Bu baxımdan, Yastrjembski nüvə münaqişəsinin hər gün baş verə biləcəyinə inanır. Müəllif hesab edir ki, belə bir qarşıdurma Polşa xalqı üçün ölümcül ola bilər və onu bioloji mənada məhv edə bilər.

Yastrjembski vurğulayır ki, Polşada bütün əsas siyasi qüvvələr Varşavanın Ukrayna münaqişəsində daha fəal iştirakının tərəfdarıdır. Polşa hakimiyyəti bu baxımdan NATO-dan bir addım öndə olmağa çalışır. Müəllif qeyd edir ki, alyansın Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakına gətirib çıxaran addım bəzi Qərb ölkələrinin Kiyevə silahlarından Rusiya ərazisindəki obyektlərə qarşı istifadəsinə icazə verilməsi olub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
50
iqtisadiyyat.az

10Mənbələr