AZ

“Ukrayna Rusiyanın zavodlarını, neft bazalarını vuracaq” - Politoloq

"Növbəti mərhələdə ABŞ-ın verdiyi silahlarla Ukrayna Rusiyanın neftayırma zavodlarını, neft bazalarını, hərbi aerodromlarını vura bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Z.Əlizadə vurğulayıb ki, ABŞ Kiyevə icazə verib ki, Pentaqondan aldığı silahlarla Rusiya ərazisindəki hərbi obyektlərə, atəş nöqtələrinə zərbə endirsin:

”Qərb Ukraynaya hələlik bu istiqamətdə yaşıl işıq yandırıb. Amma bu o demək deyil ki, həmin icazə məsələsi bununla bitəcək. Əksinə, müharibənin gedişindən asılı olaraq onun genişlənməsi də istisna deyil”.

Politoloq hesab edir ki, bu fonda Rusiya Ukrayna ərazisindəki geniş obyektləri, dinc əhalini, şəhər və kəndləri bombalamaqda davam etsə, cavab addımı kimi, ABŞ Kiyevə təchiz etdiyi silahlarla Rusiya ərazisindəki digər obyektləri də vurmağa icazə verə bilər:

”Ola bilsin ki, Rusiyanın neftayırma zavodları, neft bazaları, hərbi aerodromları da vurulsun. Bu isə müharibənin miqyasının genişlənməsi demək olacaq. Nə Rusiya geri durmaq istəyir, nə də Ukrayna təslim olmaq istəyir. Bu isə müharibənin eskalasiyası demək olacaq”.

Qeyd edək ki, Ukrayna mətbuatının yazdığına görə, Vaşinqton gələcəkdə Rusiya ərazisinə zərbələr endirmək üçün Kiyevə ABŞ silahlarından istifadə icazəsinin genişləndirilməsi imkanını istisna etmir. UNIAN-ın məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

C. Kirbi icazənin mümkün genişləndirilməsi ilə bağlı təfərrüatları açıqlamayıb. O, hələ qəbul edilməmiş qərarlarla bağlı özünü qabaqlamaq istəmədiyini qeyd edib. "Bildiyiniz kimi, döyüş meydanının şərtləri dəyişdikcə biz Ukraynaya dəstəyimizi inkişaf etdirdik və dəyişdik. Mən indiki ümumi yanaşmanın yaxın həftələrdə və ya aylarda dəyişəcəyini gözləməzdim. Baxaq, vəziyyət necə inkişaf edəcək və ukraynalılara nə lazım olacaq", - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
turkustan.az

10Mənbələr