AZ

Putin Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyquya yeni VƏZİFƏ VERDİ - VİDEO 

Rusiya Prezidenti Vladimir Putin ölkənin sabiq müdafiə naziri Sergey Şoyqunu hərbi sənaye kompleksinin inkişafı üzrə işlərin koordinatoru təyin edib.

Bizim.Media xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə dövlət başçısı iyunun 4-də hökumət üzvləri ilə görüşündə bildirib.

Vladimir Putin həmçinin tələb edib ki, müdafiə sənayesinin prioritet vəzifələri, istehsal həcmi və rentabelliyi ilə bağlı təlimatlar siyahısı layihəsi üzərində iş iyunun 5-dək başa çatdırılsın.

O, baş nazirin birinci müavini Denis Manturova, həmçinin müdafiə naziri, maliyyə naziri, sənaye naziri və Prezident Administrasiyasına müraciət edərək bunun “mümkün qədər tez” edilməli olduğunu vurğulayıb.

“Məsələlər çox müxtəlifdir - istehsalın rentabelliyini nəzərə almalıyıq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etməliyik - bizə bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi olacaq”, - deyə prezident bildirib.

Qeyd edək ki, Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutur.
 

Bizim.Media
Seçilən
130
50
bizim.media

10Mənbələr