RU

Gürcüstan parlamenti qalmaqallı qanuna görə bu tarixdə YENİDƏN TOPLANIR

Gürcüstan parlamenti ölkədə geniş mübahisələrə səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 12-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi mayın 14-də parlamentin müvafiq komitəsində yenidən nəzərdən keçiriləcək və üçüncü oxunuşda qəbul olunacaq.

O diqqətə çatdırıb ki, Gürcüstan parlamentində qərarlar siyasi azlığın tələbi ilə deyil, xalqın əksəriyyətinin mənafeyinə uyğun olaraq qəbul edilir.

Избранный
324
50
publika.az

10Источники