AZ

ABŞ-Gürcüstan arasında GƏRGİNLİK – Gürcü ekspertin MÜNASİBƏTİ – ÖZƏL

ABŞ höküməti Gürcüstanda “demokratiyaya zərbə vurmaq istəyən” və “xarici agentlər” qanununun qəbul edilməsini dəstəkləyən dövlət işçiləri üçün viza məhdudiyyətləri tətbiq edib. ABŞ-Gürcüstan arasında baş verən bu siyasi böhran Gürcüstanın Qərblə münasibətlərinə və ən əsası ölkənin Aİ-yə üzvlük əldə etməsinə mane ola bilər.

Bu hadisə Gürcüstan-ABŞ əlaqələrinə necə təsir edəcək?

Məsələ ilə bağlı Ednews-a danışan gürcü ekspert Gia Nodia bildirib ki, Gürcüstan iqtisadiyyatı bu qərardan ciddi şəkildə təsirlənə bilər: 

“ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiya qanununu dəstəkləyən gürcüstanlı rəsmilərə sanksiya tətbiq etməsi ölkələr arasında əlaqələrə çox ciddi zərbə vuracaq. Beləliklə, Gürcüstanın son bir neçə ildə əldə etdiyi nailiyyətləri necəsə ləğv edildi. Buna baxmayaraq, ABŞ hökümətinin bu addımı onu göstərir ki, hökümət Gürcüstanın demokratiyasına önəm verir və gürcü əhalisinin özünün dostu hesab edir. 

65-300x169.png

Gürcüstan hökümətinin gürcü xalqını tam şəkildə təmsil etmədiyini düşünən xeyli sayda insan var. Onlar ümid edir ki, hökümət dəyişəcək və ABŞ-Gürcüstan münasibətləri normallaşacaq. Bu sanksiyaların iki ölkə arasındakı münasibətlərinə necə təsir edəcəyini bilməsək də, bəzi dövlət rəsmiləri bu haqda həqiqətən narahatdır. Onlar narahatdırlar ki, bütün bunlar ölkə iqtisadiyyatında mənfi təsir edə bilər. Qərb ölkələrindən gələn biznesmenlər və Gürcüstanda investisiya qoymaq istəyən xarici şirkətlər bundan təsirlənə bilər.

Düşünürəm ki, bəzi gürcü elitaları bu məsələdən daha dərindən təsirlənərək, Qərb əvəzinə Rusiya ilə iqtisadi münasibətlərə üstünlük verəcək.”

Fərid Axund

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
ednews.net

10Mənbələr