AZ

Qaribaşvilinin oğlu ABŞ-dan döndü, şayiələr yayıldı

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin oğlu Nikolozun ABŞ-dan qayıtması Gürcüstanda birmənalı qarşılanmayıb.
BUTA.TV xəbər verir ki, bəziləri Nikolozun sanksiyalara məruz qaldığı üçün ölkəsinə dönməyə məcbur olduğunu bildirib. Qaribaşvilinin həyat yoldaşı Nanuka Tamazaşvili isə bu iddiaları rədd edib: “Niko birinci kursu əla qiymətlərlə başa vurdu və təxminən üç həftə əvvəl Tiflisə qayıtdı, çünki yay tətili başladı. Vəssalam!". Qeyd edək ki, Nikoloz Qaribaşvili 2022-ci ildə Pensilvaniya Universitetində maliyyə təhsili sahəsində dünyanın ən yaxşılarından biri hesab edilən Uorton Biznes Məktəbinə daxil olub. Gürcüstanın keçmiş baş nazirinin ailəsi deyir ki, təlim və uçuşlar üçün bütün xərcləri onun şərab şirkətinin sahibi olan təqaüdçü babası qarşılayıb. ABŞ Dövlət Departamenti ailələri ilə birlikdə sanksiya siyahısına salınan 34-ə qədər gürcü rəsminin adını çəkmir. Bütün bunlara ABŞ-a girişdən imtina faktı əsasında tədricən aydınlıq gətiriləcək.

Xatırladaq ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunduqdan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
buta.tv

10Mənbələr