AZ

ABŞ konqresmeni: Tbilisi ilə güclü ittifaq "Gürcü arzusu"nun hücum obyektinə çevrildi

ABŞ və Gürcüstan arasındakı güclü ittifaq "Gürcü arzusu"nun hücum obyektinə çevrildi. Xarici agentlərlə bağlı qanun hökumətin anti-demokratik dönüşünün yalnız görünən hissəsidir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson ABŞ Konqresində Gürcüstanla bağlı dinləmələrdə bildirib.

O, qeyd edib ki, ABŞ və Gürcüstan arasında möhkəm münasibətlər son vaxtlar milyarder Bidzina İvanişvilinin başçılıq etdiyi hakim “Gürcü arzusu”nun hücumuna məruz qalıb:

“Bu qanunun açıq məqsədi ölkənin müstəqil vətəndaş cəmiyyəti, mediasına qarşı alternativ fərqli fikirlər üçün platformaları sarsıtmaq, ləkələmək və yatırtmaqdır. Daha da pisi, xarici agentlərlə bağlı qanun hökumətin anti-demokratik döngəsinin yalnız görünən hissəsi kimi görünür. Əlavə qərarlar və qanun layihələri Mərkəzi Seçki Komissiyasının qalan müstəqil hissələrini məhv edərək, məhkəmə sisteminin zəbt olunmasına son qoyur.

Vətəndaş cəmiyyəti fəalları, eləcə də onların ailə üzvləri hökumətlə əlaqəsi olan cinayətkarlar tərəfindən daim təhdid və hədə-qorxu ilə üzləşir, fiziki hücuma məruz qalırlar. Müxalifətin ofislərinə hücumlar oldu, onlar vandallaşdırıldılar”, - Vilson deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
1
report.az

10Mənbələr